Volqoqradın Sovet rayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində xilasedicilər dağıntılar altında qalmış qadının cəsədini tapıblar.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”ın müxbiri bildirib.
Daha öncə yayılan məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb.
15:26
Volqoqradda yaşayış evində qaz partlayışı baş verib.
Oxu.Az xəbər verir ki, Rusiya FHN Volqoqrad üzrə Baş İdarəsindən TASS-a verilən məlumata görə, hadisə nəticəsində binanın girişi çöküb.
“Partlayış qaz xidmətinin əməkdaşlarının işlədiyi dördmərtəbəli binada baş verib”, - agentliyin həmsöhbəti deyib.
İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb və beş nəfər yaralanıb.
Hadisə yerində yanğın və xilasetmə xidmətinin əməkdaşları işləyirlər. Xüsusi xidmət əməkdaşlarının məlumatına görə, 10-a yaxın mənzil dağılıb.

N.О.
www.oxu.az