Dünya şöhrətli Forbes jurnalının Rusiya versiyası ölkənin daşınmaz əmlak krallarının növbəti reytinqini tərtib edib.
Oxu.Az Forbes-ə istinadən xəbər verir ki, bu ildə birinci yeri Azərbaycan əsilli rusiyalı milyarderlər Qod Nisanov və Zarah İliyev (onlar əslən Azərbaycanın Quba rayonunun Krasnaya Sloboda kəndindəndirlər) tutublar.
Məqalədə qeyd edilib ki, “Mağazalar Mağazası” konsaltinq şirkətinin məlumatına əsasən, 2014-cü ildə Moskvada 752 000 kvadratmetr ticarət sahəsi icarəyə verilib, paytaxt ticarət mərkəzlərində boş qalan sahələrin payı 8% artıb.
“Müqayisə üçün: 2009-cu il böhranından sonra 7,2% olmuşdu. Yeni obyektlərin sahibləri bəzi şərtlərlə razılaşmalı olacaqlar. Çoxdan işləyənlər belə icarəçilər ilə razılaşmalara getməli olacaqlar – indi developer bazarı deyil”, - materialda deyilir.
Materialda qeyd edilir ki, Zarah İliyev və Qod Nisanov – “Kiyev meydanı” şirkətinin sahibləridir, keçən il ərzində onlar öz obyektlərinin icarəsindən 1,4 milyard dollar gəlir əldə ediblər.
Onların əsas obyekti “Fud Siti” (350 000 kv.m), Radisson Royal Moscow mehmanxanası (535 nömrə), “Yevropeyki” TM (63 000 kv.m), 1 200 000 kv.m-lik ticarət obyektləridir.
Milyarderlərin mehmanxana nömrələrinin sayı 960-a çatır.
2013-cü ildə alınmış çoxfunksiyalı “Lotos Siti”nin ərazisində, 2014-cü ilin payızında Nisanov 31 və İliyev 30 portfelində ilk kənd təsərrüfatı bazarı “Fud Siti” açılıb. Ofis - işgüzar mərkəzi 2015-ci ilin yazında açacaqlar. Layihədə həmçinin 656 nömrəlik mehmanxana da nəzərdə tutulur.
“Vedomosti” qəzetindən olan mənbə “Fud Siti”nin investisiyalarını 1,2 milyard dollar dəyərində qiymətləndirib.
Bundan başqa, Moskva-Sitidə Nisanov və İliyevin tikdirdikləri göydələn, Rusiyada LEED Platinum ekoloji standartlarına uyğun olan ilk biznes-mərkəz olacaq.
