Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyada dəhşətli qətl: Qadını parçalayıb cəsədini ərzaq arabasında daşıdı
Sankt-Peterburqda (Rusiya) təqaüdçü kişi yaşlı qadını parçalayıb, sonra onun parçalanmış cəsədini ərzaq arabası ilə evdən çıxarmağa cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin "Telegram" kanalında məlumat verilib.
Arabanı sürən 78 yaşlı sakini yerli polis əməkdaşı binalardan birinin qarşısında saxlayıb. Məlum olub ki, yaşlı kişi içərisində çantalara yığılmış insan bədəninin hissələrini aparırmış.
"Saxlanılan şəxsin yaşadığı binada yerləşən mənzildə də insan qalıqları aşkar edilib", - məlumatda bildirilir.
Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, qətlə yetirilən qadın mənzilin 63 yaşlı sahibi olub.
"İlkin məlumata görə, qatil qurbanından mənzil kirayələyib və ona borcu olub. Ev sahibi pulu tələb etməyə gələndə kişi ondan yaxa qurtarmaq qərarına gəlib", - məlumatda qeyd olunub.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupunun hazırladığı klip Fransada ajiotaj yaradıb
- Abşeronda DƏHŞƏT: Gənc oğlan anasının qətlində şübhəli bilinir
- Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU
- Cinsi zorakılıqda ittiham olunan Dani Alveş bəraət aldı
- Diddi Kanye Uestlə telefon danışığında təhlükə barədə xəbərdarlıq etdi