Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində delfinariya və timsah fermasının binasında yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Hadisə şahidlərinin "SHOT"-a verdiyi məlumata görə, yanğın demək olar ki, tikilini bütünlüklə bürüyüb. Orada təkcə delfinariya deyil, həmçinin ekzotik sürünənlərin olduğu "Timsah kanyonu", eləcə də "Toxunulabilən zoopark" yerləşir.
Hadisə yerində təcili yardım xidmətləri işləyir. Yanğının səbəbləri müəyyənləşdirilir.