Rusiya İstintaq Komitəsi Bryansk vilayəti Klimovsk rayon Şurasının üzvü, deputat Nikofor Jukovu yetkinlik yaşına çatmayan 212 nəfərə qarşı seksual xarakterli əməllərdə ittiham edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, 62 yaşlı N.Jukov 2007-ci ilin iyul ayından 2013-cü ilin may ayınadək Bryansk vilayətinin üç rayonunda yetkinlik yaşına çatmamış şəxslərə qarşı seksual xarakterli cinayətlər törədib.
30 nəfər (11-17 yaş arasında) məktəbli qız deputatın əməllərindən zərər çəkib.