Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyada DİN-in keçmiş idarə rəisi saxlanılıb
Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
İstintaq hesab edir ki, Aleksandr Berejnoy 2023-cü ildə polis binasında yarımçıq qalan təmir işlərinin qəbuluna dair göstəriş verib. A.Berejnoy, həmçinin "Neptun 550" adlı xidmət gəmisini qeydiyyata almaqda, saxta sənədlər hazırlamaqda və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.
Məlumat üçün əlavə edək ki, A. Berejnoy 2024-cü ilin payızında idarə rəisi vəzifəsini tərk edib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiya hərbçiləri Suca şəhərinin mərkəzində
- İrəvana vacib səfərlər niyə təxirə salınır? - Ermənistan KİV-dən maraqlı ehtimallar
- Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
- Beynəlxalq axtarışda olan üç nəfər Azərbaycana gətirildi
- Moskvaya kütləvi dron hücumu nəticəsində ölənlərin sayı artdı