Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyada domofonlara haker hücumu: İnsanlar evlərinə daxil ola bilmirlər
Hakerlər Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində domofonlara müdaxilə ediblər.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, kiberhücum səbəbindən insanlar evlərinə daxil ola bilmirlər.
Bildirilir ki, bu gün "Lovit" provayderi güclü DDoS hücumuna məruz qalıb. Hücum nəticəsində qapıları açmaq üçün istifadə olunan tətbiq işləmir.
İnsanlar yalnız evdə olan qonşuların köməyi və eyvanlar vasitəsilə evlərinə daxil ola bilirlər.
"Haker hücumu" teqi üzrə xəbərlər
- Ötən gün vətəndaşların bank kartlarından 15 min manatdan çox pul oğurlanıb
- İranın ən böyük mobil operator şirkəti haker hücumuna məruz qaldı
- DİN: "Kiberüsullarla vətəndaşların 25 min manatı talanıb"
- DİN: Kiberüsullarla vətəndaşların 87 min manatı talanıb
- Çexiyanın hökumət başçısının hesabı oğurlandı: Sakinlərə qorxulu xəbərlər verildi
Ən çox oxunanlar