Bu gün Moskvanın Züzin məhkəməsi erməni əsilli gizir Valeriy Daniyelyanı Rusiya Müdafiə Nazirliyinin hərbçiləri üçün nəzərdə tutulan 150 mənzili mənimsədiyi üçün 12 il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə məhkəmədən bildirilib.
Məhkəmə həmçinin giziri 300 min rubl məbləğində cərimələyib.