Gizir Valeri Danielyan Rusiyanın Müdafiə Nazirliyinin 150-dən çox mənzilində oğurluqda günahkar bilinib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.
“Danielyan və onun üç ortağı günahkar bilinib. Hökmün elan olunması davam edir, belə ki, işin həcminə görə hökm iki gün oxunacaq”, - məhkəmədən deyilib.
Danielyanın cinayət ortaqları həyat yoldaşı Kristina İvanova, sahibkar İqor Qaniçev və Svetlana Savinadır.
İstintaq komitəsinin məlumatına əsasən, iş üzrə adları keçənlər 1 milyard rubl ziyan vurublar.