Bakı Şəhər Dövlət Yol Polisi sürücünün yol polisini döyməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Qafqazinfo-ya bildirilib ki, hadisə zamanı sürücü yol polisinə mane olub:
“Qeyd olunan hadisə zamanı yol polisi döyülməyib. Sadəcə cəza protokolu yazılarkən “İnfiniti” markalı avtomobilin sürücüsü yol polisinə maneə yaradaraq, müqavimət göstərib və protokolu onun əlindən almaq istəyib. Bu mübahisədən sonra sürücü yaxınlıqdakı polis bölməsinə aparılıb və sənədləşdirilib. Araşdırma aparılır”.
Qeyd edək ki, hadisə Nəsimi rayonu ərazisində baş verib. Mayın 4-də saat 19 radələrində Bakıxanov küçəsində “Mercedes” markalı avtomobilin sürücüsü Azər Əhmədov yol hərəkəti qaydasını pozub. Buna görə də ərazidə xidmət edən Yol Patrul Xidməti Alayının serjantı Ağamoğlan İbrahimov tərəfindən saxlanılıb.
15.37
Bakıda yol hərəkəti qaydasını pozan sürücü polis əməkdaşını vurub.
Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.
Mayın 4-də saat 19 radələrində Bakıxanov küçəsində Mercedes markalı avtomobilin sürücüsü Azər Əhmədov yol hərəkət qaydasını pozub.
Buna görə də ərazidə xidmət edən Yol Patrul Xidməti Alayının serjantı Ağamoğlan İbrahimov tərəfindən saxlanılıb.
Bu zaman sürücü polisə tabe olmayıb və onu vuraraq yerə yıxıb.
Xəsarət alan polis əməkdaşı təcili tibbi yardım stansiyasında yardım alıb evə buraxılıb.
E.Ə.
www.oxu.az