MDB-nin növbəti sammiti 2015-ci ilin oktyabr ayında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, Birlikdə cari sədrin Qazaxıstan olduğunu xatırladıb. 2013 və 2014-cü illərdə MDB-də Belarus sədrlik edib, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
Uşakov qeyd edib ki, MDB-də tematik illərin müəyyənləşdirilməsi praktikası mövcuddur. Belə ki, 2015-ci il MDB-də Böyük Vətən Müharibəsi Veteranları ilidir, 2016-cı il isə təhsil ili olacaq.