Rusiyanın Vladimir vilayətinin Petuşin rayonunda üç nəfərdən ibarət ailə - ər, arvad və onların yeniyetmə oğlu Klyazma çayında batıb.
Oxu.Az Mk.ru-ya istinadla xəbər verir ki, bu barədə Regional Təhlükəsizlik Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, iyulun 15-də başlamış axtarış-xilasetmə işləri Krutovo kəndi ərazisində aparılıb.
Atanın cəsədi həmin gün balıqçılar, ananın və 1992-ci il təvvəllüdlü oğulun meyiti isə iyulun 16-da xilasedicilər tərəfindən aşkarlanıb.
Fakt üzrə araşdırma aparılır.