Kriminal avtoritet Mamuka Nebieridze oktyabrın 29-da Çelyabinskdə güllələnib, DİN Dİ-nin mətbuat xidməti bildirib.
Oxu.Az U74ru-ya istinadən xəbər verir ki, Mamuka Nebieridze “qanuni oğru” Raulun yaxın dostudur. Onun üç uşağı var. Həlak olan şəxs əməliyyatçıların, Kıştımada komersantlara hücum, maşın oğurluğu və şantaja görə diqqət mərkəzində idi. Ölüm faktı ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
“Hal-hazırda bir neçə oğru dairələri arasında nüfuz sferası dəyişdirilir. Hamı qanuni oğru statusuna malikdirlər və xarici ölkələrdə - BƏƏ, Yunanıstan və Türkiyədə yaşayırlar. Həlak olan şəxs Zuraba klanının nümayəndəsi idi”, - “Dostup” İA bildirib.
Kıştımın keçmiş “nəzarətçisi”nin sifarişli qətli axşam saat səkkiz radələrində Çelyabinskin Voroşilovo küçəsində baş verib. Mamukanı maşından düşərkən evinin yanında öldürüblər. Məlumata görə kriminal avtoritet hovuzdan qayıdırmış.
A.İ.