Rusiyanın Altay Respublikasında helikopter qəzaya uğrayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Məliumata görə, ekskursiya uçuşu həyata keçirən “Robinson” tipli helikopter Teletskoye gölünə düşüb.
İlkin məlumata əsasən, helikopterin göyərtəsində 5 nəfər olub. Onların taleyi barədə hələ ki, məlumat verilmir. Fakt araşdırılır.
S.S.
www.oxu.az