Rusiya Fövqəladə Hallar Naziriliyinə (FHN) məxsus Mi-8 helikopteri Moskva vilayətində qəzaya uğrayıb, üç ekipaj üzvü həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS nəşrinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, Mi-8 helikopteri Lyubertsı rayonu Oktyabrsk qəsəbəsi yaxınlığında qəzaya uğrayıb.
RİA Novosti-nin məlumatına əsasən, helikopter təlim uçuşunu yerinə yetirirdi.
Hazırda hadisə yerində xilasedicilər işləyirlər. Qəzanın səbəbləri araşdırılır.
S.B.
www.oxu.az