Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Göyçayda qadın özünü yandırdı – YENİLƏNİB
Göyçay rayonunda özünü ot tayasında yandıraraq intihara cəhd edən qadın dünyasını dəyişib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu gün günorta saatlarında Göyçayın Bığır kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb.
O, özünü yanan odun içinə ataraq öldürmək istəyib. Ailə üzvlərinin köməyi ilə yanğın söndürülüb. Alovun yaxınlıqdakı evə və tövləyə keçməsinin qarşısı alınıb. Roza Salmanova ağır yanıq xəsarətləri ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
16:30
Göyçay rayonunda intihara cəhd olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib.
Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
E.Ə.
www.oxu.az
"Göyçay" teqi üzrə xəbərlər
- Polis Göyçayda əməliyyat keçirdi - Silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlandı
- Göyçayda biraylıq körpənin ölüm səbəbi bilindi
- Göyçayda ana və azyaşlı qızı qazdan zəhərləndilər
- Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub
- Su çəninin partlaması nəticəsində ağır xəsarət alan qadınla bağlı AÇIQLAMA