Göyçay rayonunda 60 yaşlı kişi stadionda ölüb.
Oxu.Az-ın məlumatına görə, rayon mərkəzinin Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında stadiona gələrək, orada idman edib. Həmin vaxt o özünü pis hiss edib. Əraziyə həkim briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Xəlilov ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12