Rusiya Prezidenti Vladimir Putin bütöv təqvim ili ərzində hərbi xidmətə çağırışa icazə verən qanun imzalayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, dəyişikliklər tibbi, peşəkar psixoloji müayinənin və çağırış komissiyasının iclaslarının təqvim ili ərzində keçiriləcəyini nəzərdə tutur. Sənəddə həmçinin çağırışçıların ildə iki dəfə: 1 apreldən 15 iyula və 1 oktyabrdan 31 dekabra qədər hərbi xidmətə göndəriləcəyi də qeyd edilir.
İl boyu hərbi çağırışla bağlı qaydalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.
Putin həmçinin kritik obyektlərin mühafizəsi üçün ehtiyatda olanların cəlb edilməsi haqqında da qanun imzalayıb. Yenilik ehtiyatda xidmət etmək üçün könüllü müqavilə imzalayan vətəndaşlara şamil edilir.