Primorsk vilayətində “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanındakı mənbəyə istinadən bildirib.
“Pilot katapult edə bilib. İlkin məlumata görə, o, xəsarət almayıb”, - agentliyin həmsöhbəti bildirib.
Qəza Çerniqov rayonunda aerodrom yaxınlığında baş verib. İlkin məlumata görə, təyyarənin mühərriki sıradan çıxıb.
Çerniqovun administrasiyasında TASS-a qəza yerində ölən və dağıntı olmadığını təsdiqləyiblər. Amma təyyarənin “yaşayış mnətəqəsinə düşdüyü” vurğulanıb.
Eyni zamanda, güc strukturlarındakı mənbə bildirib ki, “Su-25” bostana düşüb. Təyyarə düşərkən iki təsərrüfat tikilisini dağıdıb.
E.Ə.
www.oxu.az