Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyada içərisində uşaqlar olan katerdə partlayış: Yaralananlar var
Rusiyada içərisində uşaqlar olan katerdə partlayış baş verib. Hadisə nəticəsində uşaqlar yanıq xəsarəti alıblar.
Oxu.Az-ın "Shot" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, qorxunc hadisə Moskva vilayətində baş verib.
Bildirilir ki, Kudinovo karxanasının sahilində istirahət edən iki ailəyə 69 yaşlı kişi yaxınlaşaraq qayıqla uşaqları gəzdirməyi təklif edib. Valideynlər razılaşıblar. Beləliklə altı-doqquz yaş arası uşaqlar və onlardan birinin anası qayıqla gəzməyə çıxıblar.
Ancaq gəzinti zamanı mühərrik bölməsində partlayış baş verib. Uşaqlar bir anda alovların içində qalıblar, onlardan bəzilərinin saçları alışıb.
Ümumilikdə qadın və üç məktəbli xəsarət alıb.
Onlar dərhal xəstəxanaya çatdırılıblar. Həkimlərin sözlərinə görə, iki bacı ikinci dərəcəli yanıq xəsarəti alıb. Ən çox zərər çəkən mühərrikin yanında oturan doqquz yaşlı oğlan olub. Onun qulağı, üzünün bir hissəsi və əli daxil olmaqla bədəninin 10%-i yanıb.
Partlayışın səbəbləri araşdırılır.
Polis qayıq sahibini saxlayıb, araşdırma aparılır.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Fyodor Bondarçuk İrandan təxliyə olunduqdan sonra Azərbaycandan Moskvaya qayıdıb
- Rusiya Azərbaycana təşəkkür etdi
- Azərbaycan İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir
- Putin universal hava hücumundan müdafiə sistemi yaratmağı tapşırdı
- Ukrayna 2022-ci ilin sonundan bəri ən çox ərazini ötən ay itirib