Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Pyatiqorsk və Krasnoyarsk bölgələrində yəhudi dini obyektlərinə qarşı planlaşdırılan terror aktlarının qarşısını almağa nail olublar.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə qurumun İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara görə, partlayışlar beynəlxalq terror təşkilatının tərəfdarları tərəfindən planlaşdırılıb.
Bildirildiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Krasnoyarskda Orta Asiya ölkələrindən olan iki şəxsi saxlayıb ki, onlar sinaqoqda əldəqayırma partlayıcı qurğunu işə salmağa hazırlaşırmışlar. Rusiya vətəndaşlığı olan daha bir nəfər Pyatiqorskda həbs edilib, o, "Molotov kokteyli" ilə Yəhudi Dini İcmasının binasını yandırmağı planlaşdırıbmış. Bundan əlavə, cinayətkardan iki bıçaq və əcnəbi koordinatorla yazışmaları əks etdirən rabitə avadanlığı müsadirə edilib.