Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyada iki gəmi batdı
Yakutiyada Lena çayında buzların əriməsi zamanı iki gəmi batıb.
Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
"İlkin məlumatlara görə, 21 may 2024-cü il tarixində Saxa (Yakutiya) Respublikasının Jiqansk rayonunun Jiqansk kəndi yaxınlığındakı Lena çayında "Sofron Danilov" və "Kapitan Burkovski" motorlu gəmiləri batıb. Hadisənin səbəbləri və dəymiş ziyanın miqdarı müəyyənləşdirilir", - məlumatda deyilir.
Bildirilir ki, hadisə üzrə "yol hərəkəti təhlükəsizliyi və daxili su nəqliyyatının istismarı qaydalarının pozulması", eləcə də "səhlənkarlıq nəticəsində xüsusilə külli miqdarda ziyan vurma" ittihamları üzrə cinayət işi açılıb.
Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş yoxlama tədbirləri kompleksi aparılır.
Mənbə: TASS
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Qadın kişini ayaqqabısı ilə döydü: Rusiyada təyyarədə DAVA
- Rusiyada "Dinamo"nun lənətinə qarşı xaç yürüşü keçiriləcək
- Rusiyada zəlzələ oldu, vulkan püskürməyə başladı
- Ukrayna ABŞ telekanalındakı biabırçı səhvə görə üzr tələb edir
- Rusiyada inanılmaz hadisə: Maşının təkəri çıxdıqdan sonra yenidən yerinə qayıtdı