“Volkswagen Qrup Rus” şirkəti Rusiyada 2300-dən çox “Audi” markalı avtomobili geri çağırıb.
Oxu.Az Trend-ə istinadən bildirir ki, qərar sukeçiricilərin yaxşı işləməməsi ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2010-2017-ci illər arasında Rusiyada satılmış Q5 modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
U.A.
www.oxu.az