Rusiyada ilk dəfə qadın "Yamal" nüvə buzqıran gəmisinin kapitanı təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Rusiyada tarixdə ilk dəfə olaraq qadın - Marina Starovoytova "Yamal" nüvə buzqıran gəmisinin kapitanı olub.
O, bundan əvvəl həmin gəmində kapitanın böyük köməkçisi vəzifəsini icra edib.