Rusiyada koronavirusun yayılması səbəbindən yaranan iqtisadi böhran nəticəsində işsizlərin sayı 2,5-dən 8 milyona qədər arta bilər.
TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin açıqlama verib.
Hesablama Palatasının rəhbəri qeyd edib ki, ölkədə karantin tədbirləri davam edərsə, ilin sonuna qədər Rusiyanın ümumi daxili məhsulu 5 faiz və daha çox azalacaq.