Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyada "itbazları yandırmağa hazıram" deyən deputat mandatından məhrum ola bilər
Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) deputatı Nikolay Arefyevin mandatından məhrum olunmasına çağırış edilib.
Oxu.Az "Abzats" nəşrinə istinadla xəbər verir ki, senator Andrey Klişas müvafiq çağırışla çıxış edib.
Buna səbəb kimi deputatın itbazlar barədə dediyi sözlər göstərilir. N.Arefyevin "Mən itləri sevib uşaqları sevməyən insanları bəyənmirəm. İtlərin uşaqları parçalamaları onlara zövq verir. Əgər bundan zövq alırlarsa, onları insan hesab etmək olmaz. Bütün itbazların üzərinə benzin töküb yandırmağa hazıram" sözləri senatoru hiddətləndirib.
A.Klişas deputatı cinayət məsuliyyətinə cəlb etməklə də hədələyib.
Qeyd edək ki, son zamanlar Rusiyada sahibsiz itlər problemi ətrafında qızğın müzakirələr gedir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib
- KİV: ABŞ London görüşündə Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək
- Rusiyada general saxlanılıb
- Rusiyada hərbi hissədə partlayışın səbəbi açıqlandı
- Rusiyada avtomobilin şüşəsinə yazılmış kəlmeyi-şəhadəti terrorizmin təbliği hesab etdilər