Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada kilsəyə terror hücumunun qarşısı alındı
Rusiyada kilsəyə terror hücumunun qarşısı alınıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidməti xəbər yayıb.
Bildirilir ki, Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı, Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatının üzvü Maykopda pravoslav kilsəsinə qarşı terror hücumu planlaşdırırmış.
Məlumata görə, kişi kilsənin din xadimlərinə və mühafizəçilərinə hücum etmək, sonra isə binanı yandırmaq, ardınca da başqa bir ölkəyə qaçmaq istəyib.
"Öz planını həyata keçirmək üçün xarici vətəndaş ərazidə kəşfiyyat aparıb, hücum sxemini hazırlayıb, həmçinin komponentlər alaraq əldəqayırma yandırıcı qurğu düzəldib. O, terror aktını videoya çəkməyi və onu beynəlxalq terror təşkilatının ideyalarının təbliğatı məqsədilə internetdə yerləşdirməyi planlaşdırıb", - deyə məlumatda vurğulanır.
Rəylər