Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada kişi sevgilisi masajçı işləməsin deyə əllərini kəsib
Rusiyanın Primorye vilayətində kişi bir ildir ki, keçmiş sevgilisini izləyib və masajçı kimi işləyə bilməməsi üçün əllərini dişləyib.
Məlumata görə, 22 yaşlı Vladivostok sakini keçmiş sevgilisi tərəfindən təqib edilib. Qızın anasının dediyinə görə, o, qızını döyüb və əllərini dişləyib ki, masajçı kimi işləməsin.
Zərərçəkmiş qadın sevgilisindən bir il əvvəl onu döydüyü üçün ayrılıb. O vaxtdan kişi qadından əl çəkməyib, onu təqib edib, tez-tez hücum edib, əllərini dişləyib.
Bu dəfə təsadüfdən bir məclisə düşüblər, kişi əsəbi halda onu şüşəli qapıları olan şkafa çırpıb, qan içində olan qız məkandan qaçıb. Kişi onun arxasınca düşüb, döyüb, bir də heç kimi masaj etməsin deyə qollarını kəsib. Xanıma qollarına 12 tikiş qoyulub. Hadisə barədə polisə şikayət olunub.
Mənbə: "Shot" "Telegram" kanalı