Rusiyada koronavirusa yoluxanların sayı 100 mini keçərək 106 498 nəfərə çatıb.
Bu barədə Rusiyanın koronavirus infeksiyası ilə mübarizə üzrə operativ qərargahından məlumat verilib.
Sutka ərzində qonşu ölkənin 85 regionunda 7 099 yeni yoluxma qeydə alınıb. Yeni yoluxanlar arasında təxminən 40 faizi simptomsuz xəstələr olub.
Qeyd edək ki, Rusiyada sutka ərzində qeydə alınan yoluxma hallarının sayı ilk dəfə yeddi mini keçib.