Rusiya prezidenti Vladimir Putin Krım tatarları və yarımadada yaşayan digər xalqların reabilitasiyası haqqında sərəncam imzalayıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bunu bu gün Putin Dövlət Şurasının iclasında bəyan edib.
O qeyd edib ki, tatarlarla yanaşı Stalin repressiyalarından əziyyət çəkmiş yunanlar, almanlar və ermənilər də reabilitasiya olunacaq.