Əməkdar artist Cavanşir Məmmədov canlı yayımda həyat yoldaşını döydüyünü etiraf edib.
Oxu.Az mövqe.az-a istinadən xəbər verir ki, “Oturduğumuz yerdə” verilişinin hələ efirə getməyən buraxılışında müğənni 30 ildən artıqdır birlikdə olduğu həyat yoldaşını cəmi bir dəfə döydüyünü açıqlayıb:
“Evləndiyimizdən bir həftə keçirdi. Müğənnilərin də gecə həyatı hər kəsə məlumdur. Yəni, toylara gedirik, evə gec qayıdırıq. Saat 4 idi, evə gəldim, gördüm qapını açan xanımım mızıldayır ki, evə də bu vaxt gələrlər. Saat gör neçədir filan. Ona bir sillə vurdum və başa saldım ki, sənin əlin göydə olsun ki, təki mən hər gün belə gec gəlim, evə qazanc gətirim. O da öz səhvini anladı”.
Kişinin bəzən xanımını döyməyinə haqq verən müğənni hal-hazırda ailəsində çox xoşbəxt olduğunu da açıqlayıb.