Rusiyanın Perm diyarının Berezniki şəhərində 32 yaşlı qadın ona hücum edən şəxsdən xilas olmaq üçün dördüncü mərtəbənin eyvanından tullanıb və sağ qalıb.
Oxu.Az bu barədə REN TV telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, qadına hücum edən şəxs onu öldürməklə hədələyib və zorlamağa cəhd edib. Qadın hücum zamanı özünü eyvandan atıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar. Onun əvvəllər dəfələrlə məhkum olunduğu bildirilir.
Hadisə ilə bağlı zorlamağa cəhd faktı üzrə cinayət işi başlanıb.