İtaliyalı müdafiəçi Romano Floriani Mussolini "Latsio" ilə müqaviləsinin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Latsio"nun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, tam adı Romano Floriani Mussolini ana tərəfdən Benito Mussolininin nəticəsidir. O, siyasətlə maraqlanmadığını açıq şəkildə bildirib.
"Latsio"nun yetirməsi olan Floriani Mussolini bu mövsüm klubun əsas komandasında debüt edib. O, komandanın heyətində 11 oyunda meydana çıxıb və bir qol vurub.