Rusiyalı jurnalist Aleksey Kovalyovun bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşdığı foto tezliklə bütün dünyada məhşurlaşıb.
Oxu.Az engadget.com-a istinadən xəbər verir ki, Moskvadakı ticarət mərkəzlərindən birində çəkilmiş fotoda “İnstagram” “Like”ları satan aparat görünür.
“İnstagram”da saxta populyarlıq qazanmaq istəyən insanlar bu aparat vasitəsilə 50 rubla (1.50 manat) 100 “Like” və ya 100 (3 manat) rubla 100 “follower” ala bilərlər.
Eyni şirkət daha geniş xidmətlər də göstərir. Belə ki, təxminən 1400 manata istənilən “İnstagram” istifadəçisi hər paylaşılan posta 1500 “Like” gətirən 150.000 “follower” ala bilərlər.
İ.N.