UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda 1 günlük işgüzar səfərdədir.
Oxu.Az AFFA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə "Avro-2020"-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.
E.Ə.
www.oxu.az