Rusiyada mer müavininin qətli ilə bağlı bir neçə versiya nəzərdən keçirilir.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, istintaq Moskva vilayətinin Krasnoqorsk şəhəri merinin müavini Yuri Karaulovun qətlinin onun vəzifə səlahiyyətlərinin icrası ilə bağlı olduğunu istisna etmir.
Hazırda müstəntiqlər bunu əsas versiya kimi nəzərdən keçirirlər.
Müəyyən olunub ki, nahar vaxtı Y. Karaulovun iş otağına şəhərdə tikinti biznesi ilə məşğul olan iş adamı Amiran Georqadze daxil olub. Onlar bir müddət söhbət etdikdən sonra Y. Karaulov otağa A. Georqadzenin ortağı olduğu “Krasnoqorsk elektrik şəbəkə”sinin rəhbəri Georgi Kotlyarenkonu dəvət edib. Bundan sonra onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı A. Georqadze Y. Karaulovun katibindən otağa şəxsi sürücüsünü dəvət etməyi tələb edib. Şahidlərin sözlərinə görə, həmin adam otağa əlində böyük çanta ilə daxil olub. İstintaqın versiyasına görə, A. Georqadze çantadan avtomat silahı çıxarıb və atəş açmaq istəyib. Lakin avtomatdan atəş açılmayıb. Bundan sonra şübhəli o, merin müavininə və şəhər elektrik şəbəkəsinin rəhbərinə tapançadan atəş açıb. Karaulovla Kotlyarenko aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Hazırda qətli törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.
18:49
Moskva ətrafı Krasnoqorskda Krasnoqorsk bələdiyyə administrasiyasının birinci müavini Yuri Karaulov, eləcə də onunla bərabər Krasnoqorsk elektrik şəbəkələrinin rəhbəri Goergi Ktlyarenko xidməti kabinetində güllələnib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Krasnoqorsk bələdiyyə administrasiyasının birinci müavini, eləcə də Krasnoqorsk elektrik şəbəkələrinin rəhbəri öz xidməti kabinetində güllələnib”,- Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
Regionun hüquq-mühafizə orqanlarından olan mənbəsinin məlumatına əsasən qətli törətməkdə şübhəli bilinənin kimliyi müəyyənləşdirilib:
“İlkin olaraq müəyyən edilib ki, nahar vaxtı məmurun kabinetinə, obyektlərin inşaatı ilə məşğul olan yerli sahibkar daxil olub. Daha sonra onun hər iki kişiyə avtomatik silahdan atəş açması və hadisə yerindən öz avtomobili ilə qaçması ehtimal edilir”, - Markin bildirib.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, ehtimal edilən cinayətkarın adı Amiran Georqadzedir. Sahibkarın adına 20 şirkət qeydiyyatdan keçirilib, onların əksər hissəsi inşaat sahəsində fəaliyyət göstərir.
Cari fakt üzrə iki şəxsin qətlə yetirilməsi və qanunsuz silah dövriyyəsi maddəsi üzrə cinayət işi açılıb. Hal-hazırda “Saxlanma” planı elan edilib.
TASS bu informasiyanın rəsmi təsdiqinə malik deyil.