Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada mərkəzi xəstəxanada güclü yanğın: İnsanlar pəncərələrdən tullanırlar
Rusiyanın Yekaterinburq şəhərində 3 saylı mərkəzi şəhər xəstəxanasında güclü yanğın baş verib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Alov xəstəxana ərazisində yerləşən inzibati binanın damını bürüyüb. Ərazidən qalın qara tüstü yayılır.
Hadisə yerində 48 xilasedici və 16 texnika işləyir. Yanğının 300 kvadratmetr sahədə lokallaşdırılmasına nail olunub.
Tibb müəssisəsinə gələn ziyarətçilər və xəstələr təxliyə edilirlər. 350 nəfər binanı özbaşına tərk edib. Bəzi insanlar bir-birinə kömək edərək yanan xəstəxananın pəncərələrindən bitişik binaların damlarına tullanırlar.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Sumqayıtda zavodlardan birinin həyətində başlayan yanğın söndürüldü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- FHN Yeni il ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
- Rusiyada hərbi hissənin təcridxanasında yanğın: Hərbçilər faciəli şəkildə həlak oldular
- Bakıda məşhur mağaza YANDI: Hadisə yerindən GÖRÜNTÜLƏR
Rəylər