Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin evinə hücum edilib.
Bu barədə Rusiyanın Xarici İşlər nazirliyi məlumat verib.
Bildirilir ki, Moskva ətrafında Ella Pamfilovanın evinə quldurluq niyyəti ilə hücum edilib.
İnsident İstra şəhər dairəsində cümə gününə keçən gecə baş verib. Maskalı şəxslər Mərkəzi Seçki Komissiyasının evinin terrasına soxulub, ona elektroşokla bir neçə zərbə vuraraq aradan çıxıblar.
Faktla bağlı cinayət işi qaldırılıb. Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk qeyd edib ki, nazirliyin rəhbərliyi istintaqa nəzarət edir.
MSK-nın mətbuat xidmətindən bildiriblər ki, sədrin evindən heç nə oğurlanmayıb. Anonim mənbə isə E.Pamfilovanın heç vaxt mühafizəçisi olmadığını deyib.
E.Pamfilovanın özü isə məsələ ilə bağlı heç bir açıqlama vermir.