Rusiyanın “Salyut” müdafiə sənayesi zavodunun baş direktoru Nikolay Porollonun meyiti bu gün səhər Samaradakı evində aşkar edilib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“İlkin məlumatlara görə, bu, intihardır”, - agentliyinin mənbəyi bildirib.
Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

N.О.
www.oxu.az