Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
Rusiyanın Moskva vilayətində "Patriot" parkında ildırım vurması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
"Hazırda bir nəfərin vəziyyəti ağır qiymətləndirilir, daha iki nəfərin vəziyyəti orta ağırdır", - deyə idarədən bildirilib.
Üç qurbandan biri - 67 yaşlı kişi kliniki ölüm keçirib. Ona həmçinin kəllə-beyin travması diaqnozu qoyulub. Digər qurbana beyin silkələnməsi və kəllə-beyin travması diaqnozu qoyulub.
Eyni zamanda, mənbənin sözlərinə görə, ildırım vurması nəticəsində xəsarət alan iki qadının vəziyyəti qənaətbəxşdir.
"Patriot zenit-raket kompleksi" teqi üzrə xəbərlər
- Tramp Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyan üç nəfərin adını açıqladı
- ABŞ Ukraynaya hərbi və kəşfiyyat dəstəyini davam etdirəcək
- Aİ missiyası Azərbaycan sərhədi yaxınlığında nə edir? - YENİ GÖRÜNTÜLƏR
- KİV: "Ukrayna ordusunun "Patriot" raketləri tükənmək üzrədir"
- Ukraynada ABŞ hava hücumundan müdafiə sistemlərinin əvəz edilməsi prosesi başladı