Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada pələng deputatı parçaladı
Rusiyanın Primorye vilayətinin şimalında pələng meşəbəyiyə hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Aif.ru nəşri məlumat verib.
Məlumata görə, 55 yaşlı Andrey adlı kişi qolu qopmuş vəziyyətdə, ölü olaraq tapılıb. Həmçinin onun kənd deputatı olduğu məlum olub.
Hadisə ilə bağlı məlumatı "Amur pələngi" mərkəzindən təsdiqləyiblər. Bildirilib ki, insident Krasnoarmeyski dairəsinin Qlubinnoye kəndindən təxminən 40 kilometr aralıda, tayqada baş verib.
Müəyyən edilib ki, ölən şəxs 1996-cı ildən "Primles" müəssisəsində işləyib. 2020-ci ildən Krasnoarmeyski rayonundakı İzmailixinski qəsəbəsinin bələdiyyə komitəsinin deputatı olub. Seçkiyə qədər o, "Primorskoye meşəçiliyi" regional dövlət müəssisəsinin Roşinski filialında bölgə meşəbəyinin köməkçisi vəzifəsində çalışıb. Seçki zamanı o, bölgə meşəbəyi vəzifəsində çalışıb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və Meşə Təsərrüfatı Nazirliyinin, eləcə də Primorsk diyarının Ətraf Mühitin Mühafizəsi, Vəhşi Təbiət və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri işləyirlər.
Hüquq-mühafizə orqanları ərazidə təhlükəli vəhşi heyvanın olması barədə vətəndaşlara xəbərdarlıq ediblər. Hazırda məhkəmə-tibbi ekspertizası və araşdırma aparılır.
Sosial şəbəkələrdə hadisə yerindən videolar yayılıb. Yırtıcı heyvan Andreyin qolunu qopardıb, başını gəmirib.