Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin (CİFX) 270-dən çox işçisi və 40 məhkum koronavirusa yoluxub. Bu barədə TASS adıçəkilən qurumun mətbuat xidmətinə istinadla məlumat verib.
“Aprelin 28-nə olan məlumata görə, penitensiar sistemin müəssisə və orqanlarında yeni koronavirus halları üçün 18 728 laborator müayinə keçirilib. Qurumun əməkdaşları və işçiləri arasında laboratoriya tərəfindən təsdiqlənmiş koronavirus hallarının sayı 271-dir. Şübhəlilər, təqsirləndirilənlər və məhkum olunanlar arasında bu göstərici 40-dır”, - deyə CİFX-də dəqiqləşdirilib.
Bildirilir ki, koronavirusa yoluxanlar arasında vəziyyəti ağır olanlar yoxdur.