Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Rusiyada pişiyi bir həftə nəzarətsiz qoyan kişi məsuliyyətə cəlb ediləcək](https://images.oxu.az/2025/02/13/PX6CZSo1P72WflVICE7dhuGyQm6SjprmXLuFzzAl:1200.webp)
Rusiyada pişiyi bir həftə nəzarətsiz qoyan kişi məsuliyyətə cəlb ediləcək
Rusiyanın Blaqoveşensk şəhərində pişiyi bir həftə müddətinə nəzarətsiz qoyan kişi məsuliyyətə cəlb ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Amur vilayətinin Baytarlıq İdarəsi məlumat paylaşıb.
Ayıq qonşular polisə xəbər veriblər ki, bağlı mənzildə bir neçə gündür pişiyin miyoldama səsləri eşidilir. Asayiş keşikçiləri heyvanın sahibini müəyyənləşdiriblər və onunla birlikdə mənzilin qapısını açıblar.
Baytarlıq İdarəsinin mütəxəssisləri pişiyi müayinə edərək onda hər şeyin qaydasında olduğunu dəqiqləşdiriblər. Pişiyin sahibi onun üçün kifayət qədər yem və su qoyubmuş. Lakin pişik darıxdığına görə bərkdən miyoldamağa başlayıb.
Pişik xəsarət almasa da, Blaqoveşensk sakini ev heyvanlarının saxlanılması qaydalarını pozmağa görə inzibati məsuliyyətə cəlb ediləcək.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Moskvada dəhşət: Küçənin ortasında taksi sürücüsünə atəş açan şəxs qaçdı – ANBAAN GÖRÜNTÜLƏR
- Rusiyada 6.4 ballıq zəlzələ oldu
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"
- Zaxarova: "Üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistana görə dondurulub"
- Rusiya vətəndaşları Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər
Rəylər