Rusiyada bir qrup şəxs polis əməkdaşlarına hücum edib.
Oxu.Az xəbər verir ki, hadisə Nalçik şəhərində baş verib.
Yol polisi əməkdaşları sənədləri yoxlamaq məqsədilə bir neçə nəfəri saxlayıb. Qəflətən onlar polislərə hücum ediblər. Hücum edənlərdən iki nəfər cavab atəşi ilə yerində zərərsizləşdirilib.
Daha iki nəfər isə aldqıqları güllə yarasından xəstəxanada ölüb.
Polis əməkdaşlarından biri bıçaq xəsarəti alıb.
Faktla bağlı cinayət işi açılıb.