"Rusiyanın Amur vilayətində baş vermiş təyyarə qəzasından sonra müstəntiqlər "Anqara" aviaşirkətində və hava limanında axtarış aparırlar və sənədləri müsadirə edirlər".
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Onun sözlərinə görə, İstintaq Komitəsinin müstəntiqləri Amur vilayətində təyyarənin qəzaya uğradığı yerdə araşdırmaları davam etdirirlər.
Rusiyanın Amur vilayətində qəzaya uğrayan təyyarənin məxsus olduğu İrkutskun "Anqara" aviaşirkəti ilə bağlı istintaq hərəkətləri həyata keçirilir.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Nəqliyyat üzrə İstintaq Komitəsinin Şərq İdarəsinin rəhbərinin birinci müavini Vladimir Anufriyev məlumat verib.
"Aviaşirkətin fəaliyyəti nədən ibarətdir. Bəlkə bu, ciddi aviaşirkətdir, yəni təyyarələrə texniki qulluq, eləcə də kadrların hazırlanması və iş şəraitinə riayət olunmasına ciddi yanaşır. Bütün bunlar kompleks şəkildə qiymətləndiriləcək", - deyə o bildirib.