Rusiyanın Ulyanovsk şəhərində yaşayış binasının mənzillərindən birində 48 yaşlı qadın, 15 yaşlı oğlan, 11 yaşlı qız və orta yaşlı kişi meyiti (ailə başçısı) aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu haqda Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
İlkin versiyaya görə, kişi ailə üzvlərini öldürdükdən sonra, intihar edib. Yalnız 17 yaşlı yeniyetmə sağ qalıb. Onun çiyin nayihəsinin güllə yarası ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb. “Qovorit Moskva” radiostansiyasının məlumatına əsasən, Ulyanovskdakı kütləvi qətl qısqanclıq zəminində baş verib.
Rusiyada qısqanc ər tükürpədici qətllər törətdi - FOTO/VİDEO
Rəylər