Moskva polisi “Quran”ın yandırılmasında və paytaxt metrosunda sərnişinə hücum etməkdə şübhəli bilinən Tver vilayətinin 23 yaşlı sakinini saxlayıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, RİA Novostinin verdiyi məlumata görə, xuliqanlıq üzrə cinayət işi çərçivəsində saxlanılan Tver sakini 48 saat müddətinə tutulub.
Hazırda onun həbs edilməsi məsələsinə baxılır. Qeyd edək ki, 23 yaşlı Tver sakini əvvəllər də məhkumluq həyatı yaşayıb.(Trend)