Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi açılıb
Rusiya Federasiyasının İstintaq Komitəsi məşhur “Nə? Harada? Nə zaman?” oyununun bilicisi Rövşən Əsgərova qarşı nasizm ideyalarına haqq qazandırılması maddəsi üzrə cinayət işi açıb.
Hüquq-mühafizə orqanları iddia edir ki, Rövşən Əsgərov aprel ayının əvvəlində öz sosial şəbəkə hesabında Sovet İttifaqının marşalı Georgi Jukovun şəxsiyyətini gözdən salan bəzi məlumatlar yerləşdirib.
“İstintaq Komitəsi bu kimi fəaliyyətlərlə iştirak edən şəxslərin statusundan və sosial vəziyyətindən asılı olmayaraq, ölkənin müdafiəsində iştirak edən şəxslərin xatirəsini ləkələmək və ya alçaltmaq cəhdlərinə qarşı həmişə prinsipial və sərt reaksiya verəcək”, - Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında vurğulanır.
Mənbə: zaks.ru
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Ukrayna ilə Rusiya arasında RAZILAŞMA: Kursk sakinləri təxliyə ediləcəklər
- Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il keçdi
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ