Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyada sirkdə FACİƏ: Gənc gimnast fənd göstərərkən həlak oldu - ANBAAN GÖRÜNTÜLƏR
Rusiyanın Çelyabinsk vilayətində yerləşən Maqnitoqorsk Dövlət Sirkində faciə baş verib. Belə ki, 22 yaşlı gimnast Viktoriya Balandina fənd icra edərkən həyatını itirib.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri Ura.ru tərəfindən yayımlanıb.
Məlumata görə, gənc akrobat "Cəsarət təkəri" adlı qurğuda akrobatik hərəkət nümayiş etdirmək istəyib. Lakin o, təxminən 4 metr yüksəklikdə məşq etdiyi zaman təhlükəsizlik tədbirləri görmədiyi üçün yerə yıxılıb.
Gimnast hadisə yerinə gələn təcili yardım maşınında dünyasını dəyişib.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin regional idarəsi tərəfindən "Əmək mühafizə qaydalarının pozulması əməllərinin ehtiyatsızlıqdan insan ölümünə səbəb olması" maddəsi ilə cinayət işi başlanılıb.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Macarıstan və Slovakiya Rusiyaya qarşı sanksiya paketinə blok qoyub
- Çin və Rusiya ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrini pislədilər
- Putin İranın nüvə proqramı barəsində: "Moskva dəstək göstərməyə hazırdır"
- Smolenskdə həlak olan azərbaycanlı əsgərin şəxsiyyətini qaşıq əsasında müəyyən etdilər
- Korotçenko sirləri açdı: Rusiyanın HHM sistemlərindən imtina edən İranı nə gözləyir?