Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyada son zəng tədbiri zamanı faciə: Külək məktəbin damını uşaqların üstünə saldı
Rusiyada məktəblərin birində son zəng tədbirinə hazırlıq mərhələsində faciə yaşanıb. Belə ki, güclü külək məktəbin damının bir hissəsini qopararaq uşaqların üstünə salıb. Hadisə nəticəsində azı 12 məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Region Prokurorluğundan xəbər verilib.
Hadisənin Krasnodar şəhərində baş verdiyi vurğulanıb.
Yerli mediada yaralı uşaqların 2008-2010-cu il təvəllüdlü olduqları bildirilib. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı "Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi" maddəsi ilə cinayət işi başlanıb.
Yeri gəlmişkən, Krasnodarda saniyədə 35 metrə çata biləcək küləklə bağlı tufan xəbərdarlığı edilib.
Mənbə: Kommersant
"Son zəng" teqi üzrə xəbərlər
- Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edilib? - AÇIQLAMA
- "Son zəng"də şagirdlərə "Oğru aləmi"nin mahnısını ifa etməyə icazə verən direktor işdən qovuldu
- Qızının "Son zəng"inə qatılmayan Tom Kruz Teylor Sviftin konsertinə getdi
- Son zənglə bağlı neqativ hallar aşkarlanıb
- Samuxda məktəb direktoru şagirdlərlə birgə "oğru aləmi"ni tərənnüm edən mahnı ifa etdi? - AÇIQLAMA